DÜNYANIN MARAQLI YOL-HƏRƏKƏTİ QAYDALARI

“Maykada maşın sürərlər?” kimi irad tutan şəxslər üçün qeyd edək ki, dünyadaki digər qaydalara baxıb maykaya şükr etmək olar.

Məsələn, ABŞ-ın Kentukki ştatında qadınlar iki polis əməkdaşının müşayiəti ilə çimərlik geyimində maşın sürə bilərlər.

Almaniyada isə maşını ayaqqabısız idarə etmək olar. Lakin sürücülərə ayaqlarına rahat bir şey geyinmək tövsiyə olunur. Belə ki, ayaqyalın sürücü qəzaya düşərsə, sığorta ödənişi hüququnu itirə bilər.

İngiltərədə isə sürücülərin işi bir qədər çətindir. Əgər ən yaxın yanacaqdoldurma məntəqəsi bir neçə kilometr uzaqdadırsa və sürücünün təbii ehtiyacını ödəmək zərurəti yaranıbsa, bu zaman avtomobili yol kənarında saxlayıb işini görə bilər. Ancaq bir şərtlə ki, sağ əli maşının üzərində olmalıdır. 

İtaliyada isə sürücülər dördayaqlı dostları ilə hərəkət edən zaman daha diqqətli olmalıdırlar. Qanunla heyvanların da təhlükəsizlik kəməri taxılmalıdır. 

BƏƏ-də dəvə yüksək statusun simvoludur. Səhranın donqar padşahlarına hörmət, hətta yol hərəkəti qaydalarında da öz əksini tapıb - yollarda dəvələr üstünlük təşkil edir.

Avstriya yol polisi əməkdaşları avtomobilin sürətini vizual olaraq təyin etmək üçün xüsusi təlim keçirlər. Onlar öz bacarıqlarını maksimum icazə verilən sürətin 30 km/saatdan çox olmayan ərazilərdə tətbiq edə bilərlər.

Çində avtomobillə səyahət əcnəbilər üçün olduqca çətindir. Beynəlxalq sürücülük vəsiqəsi olan sürücülər əvvəlcə yerli sürücülük vəsiqəsi üçün müraciət etməlidirlər. Bunun üçün yerli yol hərəkəti qaydalarını bilməklə bağlı nəzəri imtahan verməli və sonra xüsusi icazə üçün müraciət edə bilər.

1074 13-09-2022

Paylaş:

Digər xəbərlər