AZƏRBAYCANDA 60 MİNDƏN ÇOX QADIN SÜRÜCÜ VAR - DYP

Hər il sürücülük hüququ qazanan xanımların sayı 4000-6000 arası olur

Azərbaycanda avtomobil idarə edən qadın sürücülərin sayı artıb. Hazırda xanım sürücülər 60 min nəfərdən çoxdur.  Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. O bildirib ki, hər il sürücülük hüququ qazanan xanımların sayı 4000-6000 arası olur.

2289 11-01-2018

Paylaş:

Digər xəbərlər