HƏR ŞEYİ DEYƏ BİLMƏSƏK DƏ, ÇƏKDİKLƏRİMİZİ GÖSTƏRƏ BİLİRİK

Bu dəfə Türkiyənin məşhur firması Teknorot’un zavodunda olduq. İstanbuldan təxminən 250 km şərq tərəfdə, Düzcede yerləşir. Teknorot avtomobillər üçün əsas vacib hərəkət hissələrini istehsal edir. Necə istehsal edir, necə test edir, necə zəmanət verir? Bütün bunların cavabı videoda. Hər bir sürücü üçün maraqlı olan hissələri çəkmişik. Prosesdə bizi yaxşı mənada təəccübləndirən bir neçə məqam da oldu ki, onların çəkilişinə icazə vermədilər. Təbii ki, deyə də bilmərik. Amma yenə də əsas maraqlı detalları çəkə bildik.

Təşkilati işlərə görə Teknorot komandasına və Azərbaycandakı rəsmi distribyutor olan Active Group şirkətinə təşəkkür edirik!

2689 05-10-2018

Paylaş:

Digər xəbərlər