BU ORİJİNAL "QRANAT", BU DA BAZARDA İKİ DƏFƏ UCUZ OLAN OXŞARI

Bu gün bazarda kifayət qədər ehtiyat hissəsi seçimi var. Müxtəlif şirkətlərin məhsullarını, müxtəlif qiymətlərə görə bilərsiz. Bu aydın məsələdir. Amma əsas məsələ eyni firmanın məhsulunu mənbəyi bilinməyən yerlərdə qablaşdırıb satmaq, sürücülərin həyatını riskə atmaqdır. Masterclass.az saytı saxta ehtiyat hissələrini orijinaldan ayırmaq üçün izahlı videolar hazırlamaqdadır. Onlardan birini sizə təqdim edirik. Əli ustaya müraciət edib Wutse firmasının intiqal valının (qranat) qiymətinin 60 AZN olduğunu öyrəniblər. Sonra bazara gedib "eyni malı" 32 AZNə əldə ediblər. Sürücüyə elə gəlir ki, burada ona baha qiymət deyiblər. Əli usta isə həmin fərqi videoda izah edir.

Buyurun baxın:

 

4397 21-01-2018

Paylaş:

Digər xəbərlər