RUSİYADA YAŞAYAN AZƏRBAYCANLILARA!
Для азербайджанцев, живущих в России!

Masterclass.az saytı, 9192 sms xidməti olaraq son günlərdə bizə olan bir neçə oxşar müraciəti nəzərə alıb bunu yazırıq. Rusiyada yaşayan bir neçə həmyerlimiz avtomobilinin təmiri və ya zəmanət əsasında bəzi ehtiyat hissələrinin dəyişdirilməsi üçün Moskvada Volkswagen mərkəzinə müraciət ediblər. Rəsmi servisdən onlara çox maraqlı cavab verilib ki, siz avtomobil Azərbaycana, Volkswagen Bakı Mərkəzinə aparın, orada düzəldəcəklər. Baxmayaraq ki, avtomobil məhz Moskva Volkswagen mərkəzindən alınıb və o avtomobilləri alanlar Rusiya vətəndaşlarıdır. Sadəcə milliyyətcə azərbaycanlıdırlar. Hətta bizə müraciət edən sürücülərdən biri qeyd edir ki, məcbur olub avtomobili evakuator üzərində Azərbaycana gətirib. Məsələ ilə bağlı radio efirmizdən də Volkswagen Bakı Mərkəzinin nümayəndələri cavab veriblər. Burada bir neçə nüans ortaya çıxır. Ən birinci avtomobilin hansı region üçün istehsal olunması önəmlidir. Azərbaycanda olduğu kimi, Rusiya da "Amerikanka" kimi tanınan, okeanın o tərəfindən nisbətən ucuz qiymətə gətirilmiş avtomobilləri rəsmi servis zəmanət çərçivəsində təmir edə bilməz. Hətta dərinə getsək, ümumiyyətlə qəbul edə bilməz. Çünki həmin avtomobillər Volkswagenin rəsmi siyahısında ölmüş avtomobillərdir. Yəni onlar hansısa səbəblərdən (Məsələn qasırğanın vurduğu ziyana görə) artıq metal qırıntısı kimi harasa təhvil verilib. Orada isə kimlərsə avtomobilə əl gəzdirib bizim regiona gətirib sərfəli qiymətə satır. Digər tərəfdən Amerika istehsalı olan Volkswagen avtomobilləri yanacaq tələblərinə görə də bizim regiona uyğun deyil. Moskvada yerləşən rəsmi servis isə belə mövzularla başlarını ağrıtmamaq üçün sürücülərin azərbaycanlı olduğunu da nəzərə alaraq onlara "gedin Bakıda təmir edəcəklər" deyərək yola salırlar. Başqa bir sürücü isə avtomobili məhz Moskvada rəsmi dilerdən aldığını bildirir. Bu halda isə onları Volkswagen Bakı Mərkəzinə yönləndirilməsi tamamilə absurddur. Yenə də şübhələr yaranır ki, ortalıqda hansısa insan faktoru varmı? Yəni həmin sürücülərə həqiqən də Almaniyadan, zavoddan gətirilmiş Volkswagen yox, hansısa dolayı yollarla əldə olunan avtomobiləlr satılıb. Əks halda sürücünü Moskvadan ən azı 2000 km uzaqlıqda yerləşən Bakıya getməyə məcbur etməzdilər. Ona görə də bu mövzu ilə bağlı Rusiyanın istənilən yerində oxşar hadisələr yaşayan sürücülərdən bizə müraciət etmələrini xahiş edirik.

 

Сайт Masterclass.az, служба 9192 смс, принял во внимание несколько схожих заявок , сделанных за последние дни. Несколько азербайджанцев , которые имеют российское гражданство, обратились в Центр Volkswagen в Москве на смену некоторых запчастей на ремонт или же гарантийную службу. Официальная служба Volkswagen Russia ответила, что езжайте в Азербайджан, в Бакинский центр Volkswagen, там вам помогут. Хотя автомобили были куплены в Фольксваген-центре в Москве, а владельцы автомобилей - граждане России. Один из владельцев машины сообщил в службу смс 9192, что он был вынужден доставить свой автомобиль эвакуатором в Азербайджан. В прямом эфире на радио представители Бакинского центра «Фольксваген» также ответили на этот вопрос . Вот некоторые нюансы. "Важно для какого региона производился автомобиль . Азербайджан также как и Россия не может отремонтировать автомобиль, который относительно дешево был куплен за океаном, в рамках официальной гарантии обслуживания.А также принять его в наш сервис . Потому что эти автомобили - мертвые автомобили в официальном списке Volkswag. То есть, они пошли на металлолом по какой-либо причине (например, как ураган ) . Ни для кого не секрет ,что в америке автомобили собирают по новой и продают в наши регионы по выгодной цене ." С другой стороны, американские автомобили Volkswagen не подходят для нашего региона из-за их требований к топливу. Официальная служба в Москве, чтобы избежать головных болей с такими проблемами, ответила нашим соотечественникам что езжайте в Баку в Фольксваген сервис -там ваш автомобиль отремонтируют . Автомобили были куплены у официального дилера в Москве. В этом случае абсолютно абсурдно направлять водителей в Бакинский центр Фольксвагена. Опять же, есть сомнения, что в деле есть человеческий фактор? То есть, эти автомобили были поставлены не из Германии, с завода Volkswagen, а сторонними поставщиками. В противном случае они не заставили бы водителя ехать в Баку, за 2000 км от Москвы. Если вы или ваши знакомые сталкивались с подобными случаями ,просим сообщить в нашу смс службу 9192 или же на сайт masterclass.az.

9145 14-02-2018

Paylaş:

Digər xəbərlər