Sınıq körpü buraxılış məntəqəsində uzun növbə yaranıb

Xəbəriniz olsun ki, sınıq körpü buraxılış məntəsində yenə də uzun növbə yaranıb. Bu dəfə isə səbəb başqadır.
"9192 sms xidməti" xəbər verir ki, bir neçə gündür Azərbaycan avtomobil bazarında bahalaşma ajiotajı yaşanır. Sınıq körpüdə olan sıxlığı siz Bakıda da Gömrük rəsmiləşdirilməsi prosesində görə bilərsiz. Uzun müddətdən sonra yenə də "rastamojka" növbəsi yaranıb. Yanvardan ölkəyə gətiriləcək əksər avtomobillərin qiymətində bahalaşma olacaq deyirlər. Ona görə də işbazlar bacardıqları qədər avtomobil alıb gətirməyə çalışırlar. Bu həm də ondan xəbər verir ki, 2018 gələr-gəlməz daxili bazarda bahalaşma müşahidə olunacaq.

2344 19-12-2017

Paylaş:

Digər xəbərlər