Bu da 2019 Rolls-Royce Cullinan

Rolls-Royce nəhayət Cullinanı, "dünyanın ilk super lüks krossover modeli" ni ortaya çıxardı.

Markanın Phantom-da istifadə edilən 6.75 litrlik V12 benzin mühərriki də 563 at gücünə və 850 Nm fırlanma anına sahibdir. Alüminium platformada hazırlanan lüks SUV 2660 kq ağırlığına malikdir.

Belə bir ağır avtomobil üçün 0-dan 100-ə qədər neçə saniyədə qalxdığı deyilməmiş olsa da, son sürəti 250 km / saatdır.

100 km-ə ortalama 15 litr yanacaq sərf edən avtomobilin karbon dioksid emissiyası 341 q / km-dir.

Lüks SUV 5341 mm uzunluğunda, 2164 mm genişlikdə, 1835 mm yüksəklikdə və 3295 mm məsafədədir. Bu ölçüdə avtomobil rəqib Bentley Bentayqadan daha böyükdür.

Salonun dizaynı da elə avtomobilin adına yaraşan şəkildə ən üst səviyyədədir.

Avtomobilin başlanğıc qiyməti 325 min dollardır.

2477 17-05-2018

Paylaş:

Digər xəbərlər